-
-
Geri qaytarılması qadağan olunan məhsullar (bütün növ gigiyena məhsulları - alt paltarı, zinyət əşyaları, qutusu açılmış kosmetika və s.) istisna olmaqla bütün məhsullar Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 15-ci maddəsində qeyd edildiyi şərtlə 14 gün ərzində (həmçinin məhsulun dəyişdirilmə və qaytarılma qaydasının 2,3,6 və 7-ci bəndlərinin gözlənilməsi şərti ilə) geri qaytarıla və ya dəyişdirilə bilər.
-
Alınmış məhsula Alıcı tərəfindən zərər vurulduqda ( məhsul istifadə olunarsa, etiketi üzərində olmaz və ya qutulu məhsulların qutusu zərər görərsə) alınan məhsul geri qaytarılmır və ya dəyişdirilmir.
-
Məhsul geri qaytarılarkən alınan məhsula aid satış çeki və s. alış sənədləri tam şəkildə Alıcı tərəfindən satıcıya təqdim edilməlidir. Əks halda məhsulun geri qaytarılması və ya dəyişdirilməsi qadağandır.
-
Əgər çatdırılma ünvanına çatıb müştəri ilə əlaqə saxlanıldıqdan sonra müştəri əlaqə vasitəsinə cavab verməz və ya sifarişini qəbul etməkdən imtina edərsə, bu halda Satıcı cavabdehlik daşımır.
-
Məhsul qaytarılan və ya dəyişdirilən zaman qablaşdırması, alış sənədləri və aksesuarları (akseasuarları olan maldırsa) ilə birlikdə verilməlidir.
-
Dəyişdirilmə zamanı istehlakçıya bir dəfə dəyişim imkanı tanınır. İstehlakçı bir dəfədən artıq ölçü, rəng və s. dəyişdirilməsi edə bilməz. Bir dəyişdirilmədən sonra Alıcı təkrar hər hansı bir problem yaşadığı təqdirdə Satıcı heç bir məsuliyyət daşımır.
-
Dəyişdirilmə üçün çatdırılma haqqı müştəri tərəfindən ödənilməlidir. Yalnız məhsulda problem aşkarlandığı halda Satıcı çatdırılma ödənişini özü qarşılayır.
-