Qayda və şərtlər

“Instyle” onlayn alış-veriş vebsaytımızdan istifadə etməzdən əvvəl Qayda və Şərtləri diqqətlə oxumağınız xahiş olunur. Bu Şərtlər Vebsaytımıza daxil olan və ya istifadə edən bütün ziyarətçilərə, istifadəçilərə və müştərilərə (“İstifadəçilər”) şamil edilir. Veb saytımıza daxil olmaqla və ya istifadə etməklə siz bu Şərtləri qəbul etmiş olursinuz.

Şərtlərin qəbulu

Veb saytımıza daxil olmaq və ya istifadə etməklə, siz bu Şərtləri oxuduğunuzu, başa düşdüyünüzü və onlarla bağlı olduğunuzu qəbul edirsiniz. Biz əvvəlcədən xəbərdarlıq etmədən istənilən vaxt bu Şərtləri dəyişdirmək və yeniləmək hüququnu özümüzdə saxlayırıq. Dəyişikliklər üçün bu Şərtləri vaxtaşırı nəzərdən keçirmək sizin öhdəliyinizdədir. Hər hansı bir dəyişiklikdən sonra Vebsaytdan davamlı istifadəniz yenidən işlənmiş Şərtləri qəbul etdiyiniz mənasına gəlir.

Hesabın yaradılması və təhlükəsizliyi

Veb saytımızın bəzi xüsusiyyətləri sizdən hesab yaratmağı tələb edə bilər. Hesab yaradarkən sizdən dəqiq və tam məlumat verməyiniz xahiş edirik. İstifadəçi adınız və şifrəniz daxil olmaqla, hesab məlumatlarınızın məxfiliyini qorumaq üçün yalnız siz məsuliyyət daşıyırsınız. Hesabınızın icazəsiz istifadəsi və ya hər hansı digər təhlükəsizlik pozuntusu barədə dərhal bizə məlumat verməyiniz xahiş olunur. Təqdim etdiyiniz hər hansı məlumatın yalan, yanıldıcı və ya natamam olduğu aşkar edildikdə bu mövzuda biz məsuliyyət daşımırıq.

Məhsulun qaytarılma şərtləri

Geri qaytarılması qadağan olunan məhsullar (bütün növ gigiyena məhsulları - alt paltarı, zinyət əşyaları, qutusu açılmış kosmetika və s.) istisna olmaqla bütün məhsullar Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 15-ci maddəsində qeyd edildiyi şərtlə 14 gün ərzində (həmçinin məhsulun dəyişdirilmə və qaytarılma qaydasının 2,3,6 və 7-ci bəndlərinin gözlənilməsi şərti ilə) geri qaytarıla və ya dəyişdirilə bilər. Daha çox məlumat üçün Mübadilə və Geri qaytarılma şərtlərimizlə tanış ola bilərsiniz.

Əqli mülkiyyət

Veb saytımızda mövcud olan bütün məzmun və materiallar, o cümlədən mətn, qrafika, loqolar, şəkillər, videolar və proqram təminatı, bizim mülkiyyətimizdir və ya lisenziyalıdır və müvafiq müəllif hüququ, ticarət nişanı və digər əqli mülkiyyət qanunları ilə qorunur. Siz bizim əvvəlcədən yazılı razılığımız olmadan Veb saytımızdakı hər hansı məzmunu istifadə edə, çoxalda, dəyişdirə və ya yaya bilməzsiniz.

Məxfilik

Biz sizin məxfiliyinizə hörmət edirik və şəxsi məlumatlarınızı bu Şərtlərə istinadla daxil edilmiş Məxfilik Siyasətimizə uyğun idarə edirik. Məxfilik Siyasətimizə əsasən vebsaytımıza daxil etdiyiniz bütün məlumatlar tərəfimizdən qorunur və üçüncü tərəflərlə şəxsi icazəniz olmadan ötürülmür.